Rusiya Xarici İşlər Nazirliyindən Ankarada səfir Andrey Karlova qarşı terror aktının törədilməsi ilə əlaqədar açıqlama verildi. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya XİN də hadisəni yaxından izləyir, Türkiyə hökuməti ilə təmas halındadırlar. XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Putinin hücumla əlaqədar hadisələrin inkişafını izlədiyini bildirib.
M.Zaxarova rus səfirə qarşı təşkil edilən silahlı hücumla əlaqədar nazirliyin qısa müddət ərzində açıqlama verəcəyini bildirib. Nazirliyin sözçüsü jurnalistlərdən yalnız rəsmi məlumatları nəzərə almalarını xahiş edib.
Kremlin sözçüsü Dmitriy Peskov dövlət başçısı Vladimir Putinə səfir Andrey Karlova qarşı edilən silahlı hücum haqqında Rusiya Xarici İşlər Nazirliyi və kəşfiyyat qurumları tərəfindən hesabat təqdim edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB