Buldoq, pug və digər qısa və yastı burunlu it cinslərini "Aeroflot" reyslərində daşımaq qadağan edilib. Bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında yazılıb. Məlumatda deyilir ki, bu ilin 1 dekabrından "Aeroflot" şirkəti "braxisefal" it növlərinin (buldoq, pekines, pug, şarpey və s.), gələn ilin martın 1-dən isə aqressiv və döyüşkən it növlərinin daşınmasına qadağa qoyacaq.
Qeyd edək ki, bir neçə ay əvvəl mətbuatda "Aeroflot"un Dubay-Moskva reysi ilə uçan təyyarənin baqaj hissəsində fransız buldoqunun donvurmadan öldüyü ilə bağlı məlumat yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB