AMEA Naxçıvan Bölməsində aparılan işlər qonaqların marağına səbəb olub
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov, institutun Kadr hazırlığı şöbəsinin müdiri, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov, Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professorİntiqam Cəbrayılov, institutun əməkdaşı, dosent Məmməd Kazımov və Gəncə Dövlət Universitetinin kafedra müdiri, professor Şahin Tağıyev AMEA Naxçıvan Bölməsində olublar. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqlara bölmənin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri ilə bağlı ətraflı məlumat verib və aparılan araşdırmaların əhəmiyyətindən söz açıb.
Nümayəndə heyəti bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində və Təbii Ehtiyatlar İnstitutunun Sesmoloji xidmət şöbəsində olublar. Qonaqlara muzeydə 2006-2016-ci illərdə bölgənin müхtəlif ərаzilərindən, о cümlədən dünya əhəmiyyətli abidə olan Gəmiqayada, Оğlаnqаlаda, Оvçulаrtəpəsində, Meydаntəpədə, Хаrаbа Gilаnda, Şahtaxtında, Sədərəkdə, Maxta Kültəpəsində və Duz dağ kimi qədim yаşаyış yerlərində аpаrılаn аrхeоlоji qаzıntılаr nəticəsində əldə edilən mаddi-mədəniyyət nümunələri haqqında məlumat verilib. Həmçinin Sesmoloji xidmət şöbəsin əhəmiyyəti, yeni yaradılan informasiya-kommunikasiya otağı ilə bağlı müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti bölmə əməkdaşlarının müxtəlif illərdə çap olunan elmi əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB