Daha yüksək zirvələri fəth edəcək qələbələrə doğru! İLHAM ƏLİYEV - 55

Daha yüksək zirvələri fəth edəcək qələbələrə doğru! İLHAM ƏLİYEV - 55

Prezident İlham Əliyevin keçdiyi mütərəqqi və inkişaflı həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi bir daha sübut edir ki, O, bu statusa malik olan alternativsiz dövlət xadimidir.

Artıq 13 ildir ki, hər bir azərbaycanlının Prezidenti kimi uğurlu fəaliyyət göstərən möhtərəm İlham Əliyev ötən müddət ərzində gördüyü nəhəng işləri, reallaşdırdığı çoxsaylı layihələri ilə adını dünyanın müdrik siyasi liderləri sırasına qızıl hərflərlə həkk edib. Məhz Onun Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi kimi həyata keçirdiyi siyasəti nəticəsində ölkənin bütün sahələri daha sürətli inkişaf və tərəqqi yoluna qədəm qoydu, yeni iqtisadiyyat səhifəsi açıldı, müasir sənaye müəssisələri yaradıldı, ən müasir irimiqyaslı infrastruktur layihələri həyata keçirildi, nəinki paytaxtımızda, ən ucqar rayon və kəndlərimizdə də belə bütün standartlara cavab verən müəssisələr tikilib istifadəyə verildi, beynəlxalq əhəmiyyətli iqtisadi uğurlara imza atıldı.

Bu siyasət hətta dünyanın ən aparıcı ölkələri tərəfindən öyrənilir, tədbiq olunması üçün nümunə kimi qəbul olunur

Ümumiyyətlə, istər daxili, istərsə də xarici siyasət çərçivəsində o qədər inanılmaz reallıqlara imza atıldı ki, artıq bunu bir çox aparıcı sosial-araşdırmalar mərkəzləri ənənəvi açıqlamalarında vurğulamaqdadırlar. Bəli, bu bir reallıq, bu bir gerçəklidir ki, İlham Əliyev cənablarının apardığı siyasətin analoqu yoxdur, bu siyasət hətta dünyanın ən aparıcı ölkələri tərəfindən öyrənilir, tədbiq olunması üçün nümunə kimi qəbul olunur.

Mən bu arada bir daha bir sıra mühüm faktları dəyərli oxucuların diqqətinə çatdırmaq istərdim. Belə ki, məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan neftinin ilk partiyası Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə Heydər Əliyev adına Ceyhan terminalına çatdı. Dünyada ən iri qaz-kondensat yataqlarından olan Şahdəniz yatağı Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı qazla təchiz etməyə başladı. Daha bir nəhəng layihə - Şahdəniz-2 yatağı ilə bağlı konsorsium imzalandı.

Nəhəng layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir

Bunun ardınca isə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlandı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir.

Eləcə də bu gün böyük maliyyə resurslarına malik olan Azərbaycan dünyada baş verən böhranlı vəziyyətə baxmayaraq, Trans-Anadolu qaz boru kəməri layihəsini reallaşdırmaq üçün xərclərin 80 faizini öz üzərinə götürüb. Əlbəttə ki, belə bir ərəfədə heç bir özünə güvəni olmayan dövlət belə addıma getməyə cürət etməzdi. Lakin Prezident İlham Əliyev cənabları apardığı müdrik təhlilləri sayəsində həmin qətiyyətli addımı ataraq yaxın gələcəkdə Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mütərəqüqi siyasətini reallaşdırdı. Çünki bu, ölkəmizin iqtisadi qüdrətini göstərən ən önəmli faktlardan biridir. Ən vacib məqamlardan biri isə ölkədə qeyri-neft sektorunun inkişafı, Prezident İlham Əliyevin də söylədiyi kimi, neft kapitalından daha çox insan kapitalına yatırım qoyulması ilə bağlıdır. Müxtəlif sahələrə dair dövlət proqramlarının, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbulu dövlətimizin inkişafında zəmin rolunda çıxış edir.

Təbii ki, bu yolu qət etmək heç də asan olmayıb...

Yuxarıda da vurğuladığım kimi, Azərbaycan iqtisadi uğurlarla yanaşı, beynəlxalq miqyaslı uğurlara da imza atıb. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq arenada "Azərbaycan modeli" tətbiq olunmağa başlayıb. O model ki, müstəqil, balanslaşdırılmış xarici siyasət kursunu və beynəlxalq siyasətdə milli maraqları öndə tutur. Təbii ki, bu yolu qət etmək heç də asan olmayıb. Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə çatdırılması üçün BMT-dən başlanan yol, sonradan digər ən ali tribunalara qədər yüksəldi.

Belə ki, ilk dəfə olaraq Avropa Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə dair qətnamə qəbul etdi. Ölkəmiz 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına Sədrlik etdi. Əlbəttə, bu xarici siyasətdə əldə edilən uğurların çox cüzi hissədidir və əgər həmin uğurların hər birini qeyd etsək, buna sadəcə, zaman yetməz.

Elm, mədəniyyət və idman sahəsində mütərəqqi addımllar!

Daha bir uğur isə Azərbaycan ötən illərdə elm, mədəniyyət, idman sahəsində də çox böyük irəliləyişlərə imza atması faktlarıdır. Belə ki, qısa müddət ərzində yarışlara qatılmasına baxmayaraq, "Avroviziya-2012" beynəlxalq mahnı müsabiqəsi Bakıda keçirildi və bunun üzərindən 4 il keçməsinə baxmayaraq, hələ də Bakı müsabiqəsi haqqında ən yüksək fikirlər səslənədirilir. Ölkəmiz bu ilk dəfə olaraq Birinci Avropa Oyunlarına da ev sahibliyi etdi. Möhtəşəmliyinə və yüksək səviyyədə hazırlığına görə, böyük rezonans doğuran bu tarixi idman hadisəsi ölkəmizin dünya miqyasında rolunu daha da artırdı, xarici turistlərin Azərbaycana axınını gücləndirdi.

Artıq üzümüzə gələn yeni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi qərara alınıb və ölkəmiz bu mötəbər yarışlara vüsətlə hazırlaşmaqdadır.

Prezident İlham Əliyev cəbhə bölgələrinə gedərək orada etdiyi hər çıxışında, Ermənistanın işğalçılıq siyasətini xatırladaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına dair çox ciddi mesajlar verir

Bütün bu uğurlarla yanaşı, Prezident İlham Əliyev ordu quruculuğu sahəsini bir an belə diqqətdən kənarda qoymayıb. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Cənab Prezidentin yorulmaz, qətiyyətli səyləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü orduya çevrilib.

Məhz onun gərgin zəhməti nəticəsində Ermənistanın işğalçı mahiyyəti bütün dünyaya çatdırılır. Azərbaycan xalqının yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində çox ciddi işlər görülür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev cəbhə bölgələrinə gedərək orada etdiyi hər çıxışında, Ermənistanın işğalçılıq siyasətini xatırladaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına dair çox ciddi mesajlar verir. Bu, həm də qələbənin çox yaxında olacağına verilən bir mühüm ismarıcdır.

Yazının əvvəlində qeyd etdiyim kimi, bu gün Prezident İlham Əliyevin hakimiyyətə olduğu müddətdə əldə etdiyi uğurlarını əlbəttə ki, gələcək illərdə də davam etdirəcək.

O dəfələrlə sübut edib ki, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə Azərbaycanı daha böyük zirvələrə aparacaq

Artıq sevimli Prezidentimiz 55-ci baharına qədəm qoyur və hər zaman dinamik iş xüsusiyyəti ilə seçilən cənab İlham Əliyev gərgin iş qrafikinə baxmayaraq, daim xalqının yanındadır, regionlarda çoxsaylı görüşlər keçirir, ona pənah gətirən vətəndaşların problemlərini şəxsən dinləyərək, onların həllinə dair tapşırıqlar verir. Təvazökarlığı həyat tərzinə çevirən Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. O, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir. Və məhz buna görə, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanır. O dəfələrlə sübut edib ki, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə Azərbaycanı daha böyük zirvələrə aparacaq.

Bizlər də möhtərəm İlham Əliyev cənablarını bu münasibətlə təbrik edir, Ona can sağlığı, davamlı uğurlar və daha böyük zirvələri fəth edən qələbələr arzulayırıq!

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə