Ekspert: "Sürücülər tıxaclara səbəb olan səhvlərə yol verirlər" AÇIQLAMA
"Sürücülərin izahlı şəkildə maarifləndirilməsinə çox böyük ehtiyac var. Sürücülük vəsiqəsi almaq həmin insanın peşəkar sürücü olması demək deyil. Bilərəkdən və ya bilməyərəkdən səhvlərə yol verən çox sayda sürücülər var. Onların səhvləri isə sıxlıq və tıxaclara səbəb olur". Bunu SİA-ya açıqlamasında Avtosfer.az saytının baş redaktoru, ekspert Elməddin Muradlı deyib.
O qeyd edib ki, sürücü mədəniyyəti yollarda tıxacların azalmasına böyük təsir göstərə bilər: "Bəzi hallarda iki avtomobilə kiçik bir zədə dəyməklə toqquşma baş verəndə sürücülər nəqliyyat vasitələrini yolun hərkət hissəsində saxlayaraq bir-biri ilə mübahisəyə başlayırlar. Onların bu hərəkəti həmin yolda sıxlıq və tıxac yaramasına səbəb olur. Belə sürücülər qanunvericiliyin tələblərini bilmirlər. Bu kimi hallarda sürücülər öz aralarında razılığa gələrək, kiçik bir sxem çəkib avtomobili yolun hərəkət hissəsindən kənarlaşdıra bilərlər. Onlar bu sxemlə oradan yol polisinə də gedə bilərlər".
Ekspert bildirib ki, parklanmalar zamanı da sürücülər tıxaclara səbəb olan səhvlərə yol verirlər: "Bir çox hallarda iki zolaqlı yolda sürücülər avtomobili səkiyə perpendikulyar şəkildə park edirlər. Bu zaman hərəkət zolağının biri, böyük avtomobillərdə isə ikinci zolağın da yarısı tamamilə bağlanır. Milli Məclis tərəfindən qanunvericilikdə edilən dəyşikliklərdə parklanmanın qaydalarını pozan sürücülərə qarşı cərimələr nəzərə tutulub ."Yol hərəkəti haqqında" qanun və parklanmanı göstərən yol nişanları var idi. Ancaq təəssüf ki, əksər yerlərdə bu qanunun tələbləri yerinə yetirilmirdi. Milli Məcəlisin təsdiq etdiyi dəyişiklik qüvvəyə minəndən sonra artıq parklanmanı düzgün etməyən sürücülər 10 manat cərimə olunacaq.
E.Muradlı bəzən magistral yollarda sürücülərin avtomobillərini çox aşağı sürətlə idarə etdiklərini deyib: "Bəzi sürücülər sürətli hərəkət zolaqlarında avtomobillərini 60-70 km/saatla idarə edirlər. Əgər həmin yolda ən aşağı sürət həddini müəyyən edən nişan qoyulsa, həmin sürətdən aşağı sürən sürücülər cərimə oluna bilər. Belə nişan olmayan yerlərdə isə sürətli zolaqda avtomobilini çox aşağı sürətlə idarə edən sürücünün cərimələnməsi haqda qanunvericilkdə maddə yoxdur. Burada bütün ümid sürücülərin özlərinin mədəniyyətinə qalır. Bütün belə hallar sıxlıq və tıxaclara səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB