“3rd English Olympiad Baku 2017” layihəsi başladı

“3rd English Olympiad Baku 2017” layihəsi başladı

Oskar Education and Consulting şirkətinin təşkilatçılığı və ATGTİ-nin təşkilati dəstəyi ilə 2017-ci ilin aprel-may aylarında "3rd English Olympiad Baku 2017" layihəsi keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, layihə Azərbaycanın özəl və dövlət universitetlərində və kolleclərində bakalavr üzrə təhsili alan tələbələr üçün təşkil olunur. Müsabiqənin keçiriləməsinin əsas səbəbi Azərbaycanlı gənclərin dünya dili olan ingilis dilinə marağının artırılması, dil biliklərinin yoxlanılması və yüksək nəticə göstərən tələbələrin mükafatlandırılmasıdır.

Olimpiada 4 mərhələdə, yazılı və şifahi formada olacaq. I mərhələ 100 sualdan ibarət test imtahanı,II mərhələ oxu (reading) biliklərinin yoxlanması, III mərhələ ingilis dilində dinləmə (listening) bacarıqlarının yoxlanması, IV mərhələ isə ingilis dilində danışıq (speaking) bacarıqlarının yoxlanılması olacaq.

Qaliblər Oskar şirkəti və sponsorlar tərəfindən qiymətli hədiyyələr və sertifikatlarla təltif olunacaq.

I Yerin qalibi Oskar şirkəti tərəfindən 2 həftəlik İngiltərədə ödənişsiz ingilis dili kursu. (gediş-dönüş biletləri və qalmaq yeri Oskar Education and Consulting tərəfindən qarşılanır)

II Yerin qalibi Oskarda 4 aylıq ödənişsiz IELTS kursu;

III Yerin qalibi isə Oskardan 3 aylıq ödənişsiz IELTS kursu əldə edəcək.

Hər bir qalibə Özsüt Restoranlar şəbəkəsinə yemək kuponu və Mobix Club – dan MyFi hədiyyə olunacaq və "Oskar Education and Colsulting" tərəfindən sertifikatla təltif olunacaq.

Son qeydiyyat tarixi: 26.02.2017

İmtahan günü Tələbə Biletinizi gətirməyi Unutmayın!

İmtahan tarixləri:

1. Mərhələ : 12 Mart 2017 (Xarici Dillər Universiteti)

2.Mərhələ : 02 Aprel 2017 (Xarici Dillər Universiteti)

3.Mərhələ : 16 Aprel 2017 (Xarici Dillər Universiteti)

4.Mərhələ : 29 – 30 Aprel 2017 (Oskar şirkətinin ofisi)

Bütün xəbərlər Facebook səhifəmizdə