PKK-nın silah-sursat anbarı tapıldı

PKK-nın silah-sursat anbarı tapıldı

Türkiyənin Şanlıurfa əyalətində hüquq mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində PKK-nın silah-sursat anbarı aşkarlanıb. Şanlıurfanın polis idarəsinin bazar günü yaydığı məlumata görə, xüsusi əməliyyat zamanı anbarda 5 600 ədəd Kalaşnikov Avtomatı müsadirə olunub.

Həmçinin bildirilir ki, silah-sursat anbarında külli miqdarda partlayıcı maddə olub.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK arasında münaqişə 25 ildən artıqdır ki davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK Avropa İttifaqı və BMT tərəfindən terror təşkilatı kimi tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə