Azərbaycanlı deputatın bəyannaməsi AŞPA-nın saytında dərc olunub FOTO
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova Beynəlxalq Miqrantlar Günü münasibəti ilə Bəyannamə ilə cıxış edib. SİA-nın məlumatına görə, Bəyənnamə AŞPA-nın rəsmi saytında yerləşdirilib. Komitə sədri onilliklər və əsrlər boyu bu günkü Avropanın formalaşmasında miqrantların rolunu vurğulayaraq deyib ki, əgər Avropa Şurasının "Böyük Avropa"sını yaradan torpaqlar və dənizlər vasitəsilə fərdlərin və xalqların daimi hərəkəti olmasaydı, həyatımız indi çox fərqli olardı. Bəyənnamədə gərginlik və mübarizə ilə ərsəyə gələn müasir Avropa dəyərlərinin formalaşmasında, müxtəlif mədəniyyətlərin, inanc və ənənələrin yaranmasında və mühafizəsində miqrantların və ya onların övladları olan alimlərin, siyasətçilərin, tanınmış mütəfəkkirlərin xidmətləri xüsusi qeyd olunur. "Təəssüflər olsun ki, iqtisadi gərginlik, siyasi narahatlıq, ekstremist qüvvələrin fəallaşması və qlobal istiləşmə təhlükəsinin aktual olduğu müasir dövrdə xarici təsirlərdən qorxuya əsaslananözünütəcrid və düşmənçilik millətçiliyi mövcuddur. Statistika, tədqiqat və yerlərdə müşahidə qaçqınların sosial-iqtisadi və mədəni inteqrasiyasını alqışlayan ölkələrin ən uğurlu olduğunu aydın göstərir. İxtisaslı kadrların axını Avropanın əmək bazarının möhkəmləndirilməsinə öz töhfəsini verir. Siyasi, sosial və mədəni sahələr yeni təkan alır.
Belə ki, Beynəlxalq Miqrasiya Günündə, mən bizim bütün üzv dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini hazırki miqrantlar axınının xoş qarşılanması istiqamətində səylərini davam etdirməyə, Avropaya pənah gətirən optimist insanlara, uşaq və gənclərə bir dəyər kimi, insanlıq və uzaqgörənliklə baxmağa çağırıram", - deyə Beynəlxalq Miqrantlar Günü münasibəti ilə yayılan Bəyannamədə qeyd olunur.
Qeyd edək ki, bəyannamənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6464&lang=2&cat=134
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB