Şaxtalı hava davam edəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0°-3° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Gündüz bəzi cənub rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə