Salyanda Qarabağ əlilləri və şəhid ailələri üçün fərdi yaşayış evləri tikilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 fərdi ev tikilir. Evlərdən 4-ü rayonun Çuxanlı, biri Qarabağlı, biri isə Kərimbəyli kəndlərində inşa olunur. Tikililərdə artıq hörgü işləri başa çatmaq üzrədir. Yeni tikilən evlər gələn ilin əvvəlində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək.
İş icraçısı Qaçay Quliyev deyib ki, 2017-ci ildə bu kateqoriyadan olan ailələr üçün daha 12 yaşayış evinin tikilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 fərdi yaşayış evi tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB