QMƏVŞA İB-in Yasamal rayon şöbəsi hesabat verdi FOTOLAR

QMƏVŞA İB-in Yasamal rayon şöbəsi hesabat verdi FOTOLAR

Yasamal rayonunda Heydər Əliyev Mərkəzində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞA İB) Yasamal rayon filialında 2016-cı ilin hesabat iclası keçirilib. SİA-ya Azərbaycan Respublikası "Beynəlmiləlci Əlil Döyüşçülər" Fondunun Mətbuat xidmətindən verilən məlumata görə, tədbirə başlamazdan öncə yığıncaq iştirakşıları Heydər Əliyev Mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anıb, hörmət və etiramlarını bildiriblər.

Daha sonar tədbir iştirakçilari Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Ziyarətdən sonra QMƏVŞA İB-in Yasamal rayon filialında 2016-cı ilin hesabat iclası öz işinə başlayıb.

Tədbiri Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş sözü ilə iclası açaraq, ilk öncə tədbir iştirakçılarından, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yasamal rayon filialının sədri, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Bəhram Şeydayev Yasamal rayon filialının 2016-cı iə dövründə gördün işlər barədə hesabat mərüzəsi ilə çıxış edərək, filalın fəaliyyəti və il ərzində gördüyü işlər barəsində içlas iştirakşılarına geniş məlumat verib.

Tədbirdə iştirak edən, Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavini Təravət Muradova çıxış edərək konfras iştirakçılarına, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin salamını və təbrikini çatdırıb.

Daha sonra Təravət Muradova çixış edərək İctimai Birliyin Yasamal rayon filalının sədri Bəhrəm Şeydayevin və birliyin üzvülərinin 2016-cı il dövründə gordüyü işlərindən və Yasamal rayonunun ictimai fəaliyyətində yaxından iştirak edərək öz köməkliyini əsigəmədiydən danışıb və bunu yüksək qiymətləndirib, birliyin sədri Bəhrəm Şeydayevə və bütün üzvlərinə fəaliyyətinə görə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən şəhid anası Rəfiqə Əsgərova, Yasamal rayon Müharibə və Əmək Veteranları təkilatının sədri Almaz Qasımova, Azərbaycan Dövlət Texniki Unverstetinin Prorektoru, Qarabağ müharibəsinin veteranı professor Şikar Qasımov, "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyini sədri Nəzakət Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehtiyev və başqaları çıxış edərək Birliyin Yasamal rayon filialının 2016-cı il dövründəki fəaliyətini yüksək qiymətləndirdərək, birliyin sədri Bəhrəm Şeydayevə yaxışı fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.

Əfqanıstan və Qarabağ müharibəsinin veteranı, Azərbaycan Respublikası "Beynəlmiləlci Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Orucov çıxış edərək Birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayevin 2016-cı il dövründə gördün işlər barədə hesabat mərüzəsini və onun nəyinki Yasamal yayonunda, eləcə də Respublikamızın iştimai həyatında yaxından iştirak etdiyini xüsusi qeyd edib. Sərraf Orucov öz çıxışında bildirib ki, bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensiyalı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu 1991-1993-cü illərdəki baçıpozuq ordu deyil. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşıb. Əfqanıstan və Qarabağ müharibəsinin veteranları torpaqlarımızın yadelli erməni işqalçılarından azad olunması uğrunda yenidən döyüşməyə hazırdır.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədr müavini, ehtiyatda olan polkovnik-lentenat Ariz Məmmədov birliyin Yasamal rayon filalının fəaliyyəti ilə bağlı çıxışına başlamazdan öncə konfrans iştirakçılarına, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri Birliyinin sərdi Mehti Mehtiyevin səmimi salamlarını çatdırıb.

Daha sonra Ariz Məmmədov Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin fəaliyyəti barəsində məlumat verərək qeyd edib ki, Vətəndaş Cəmiyətinin inkişafında, Veteran hərəkatında müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin tibbi-sosial problemlərinin həllində və gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında yaxından köməklik göstərir, bayram günlərdə, mədəniyyət işçiləri ilə birlikdə, döyüş bölgələrinə vətənimizin keşiyində duran əsgərlərimizin yanına gedərək, əsgərlərimizin döyüş ruhunu qaldırmıası, vətəni sevməyi, vətəni göz bəbəyi kimi qorumaları üçün təbliğat aparır. Birliyimizin üzvləri, Bakı şəhər ümumtəhsil məktəblərdə keçirilən vətənpərvərlik görüşlərində yaxından iştirak edib, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmasında və böyüməkdə olan gənc nəslin təlim-tərbiyyəsi istiqamətində marifləndirmə işləri apararaq, şagirdlərə vətənpərvər ruhda,vətəni sevməyi aşılayır. Daha sonra Ariz Məmmədov birliyin qarşısında duran gələcək işlərindən danışaraq Yasamal rayon filalına öz tövsiyyəsini verib.

Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Yasamal rayon filialında 2016-cı ilin hesabat iclasının qətnaməsi iclas iştirakçılarına oxunaraq yekdilliklə bəyənilərək qəbul olunub.

Tədbirin sonunda birliyin Yasamal rayon filialının fəal üzvlərindən bir qrupu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təsis etdiyi "FƏDAİ" və "VƏTƏN NAMİNƏ" medalları ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə