"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli neft yığım məntəqəsində estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində nazirliyin Aviasiya dəstəsinin iki helikopteri, "Vixr-5", "Vixr-8" və "Svetlomor-2" gəmiləri iştirak edir. Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti də sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB