Tovuzda iki nəfər tutulub

Tovuz polisləri oğurluqda şübhəli bilinən iki nəfəri tutub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də rayon ərazisində 4 mağazadan pul, spirtli içki, danışıq kartları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda, habelə 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Alakol kənd sakinləri İlkin Həsənov və Elşən Ələsgərov tutular.

Bütün xəbərlər Facebook səhifəmizdə