“Azərbaycanda və İndoneziyada multikulturalizm və sosial həyat" tədbiri keçiriləcək
Bakıda "Azərbaycanda və İndoneziyada multikulturalizm və sosial həyat" mövzusunda beynəlxalq seminar keçiriləcək. SİA-ya İndoneziyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, tədbir 22-23 dekabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, "Qafqaz" Universitetinin və İndoneziyanın Cuanda, Surakarta və Sunan Kaliraja universitetlərinin təşkilati dəstəyi ilə baş tutacaq.
Tədbirdə iştirak etmək üçün İndoneziyanın qeyd edilən universitetlərinin doktorları, həmçinin Cuanda Universitetinin rektoru doktor Usman Abu Bakar Bakıya gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB