Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə "Sınıq Körpü" gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib. SİA-nın məlumatına görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 ədəd fişəng və 21600 ədəd pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB