FHN naziri və SOCAR prezidenti hadisə yerindədirlər

FHN naziri və SOCAR prezidenti hadisə yerindədirlər

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Xəzər dənizində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsindəki estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda hadisə baş vermiş əraziyə baxış keçirən K.Heydərov və R.Abdullayev itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə