Ekspert: “Uşaqlara öz ana dilini bildikdən sonra xarici dil öyrədilməlidir” AÇIQLAMA

Ekspert: “Uşaqlara öz ana dilini bildikdən sonra xarici dil öyrədilməlidir” AÇIQLAMA

"Klassik və müasir pedeqoqların eksperimental nəticələrinə görə, uşaqlara hər hansı xarici dil ibtidai sinifdən öyrədilməyə başlanılmalıdır. Məktəbəqədər yaş dövründə uşağa xarici dili öyrətmək məsləhət görülmür". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Əjdər Ağayev deyib.

O qeyd edib ki, məktəbəqədər dövrə qədər uşaqlara ilkin təsəvvürlər səviyyəsində ana dilini mükəmməl öyrətmək lazımdır: "Ana dili sözləri ehtiva edənləri görərək öyrənilir. Ona görə insanlar ana dilini mükəmməl bilirlər. Xarici dili öyrənən kiçik yaşlı uşaqlar isə sözləri ancaq yaddaşa həkk edirlər. Onun mahiyyəti, obrazlılığı, geniş əhatəsi uşaqlar üçün qaranlıq qalır. Sözlər sadəcə olaraq yaddaşa hopdurulur və orada qalaraq uşaqları yükləyir. Ona görə pedaqoq və psixoloq alimlər məsləhət görürlər ki, uşaqlara öz ana dilini bildikdən, ilkin təsəvvürlər və anlayışlara bələd olduqdan sonra xarici dil öyrədilməlidir. Çünki uşaqlar ana dilində qarşılığını bildikləri üçün xarici sözlərin müqayisələrini apara bilirlər və dil daha mükəmməl öyrənilir. Bu baxımdan xarici dili öz ana dilini bildikdən sonra öyrənmək yaxşı nəticə verir. Xarici dilli bağça isə o dildə danışan ailələr üçün lazımdır. Azərbaycan dilli ailələr üçün buna ehtiyacın olmadığını düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə