Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 27 dekabr 2016-cı il tarixində saat 10:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri Heydər Əliyev prospekti) Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev 42) müraciət etmələri (əlaqə telefonları: 020-27-4-53-69, 050-556-86-09, 050-525-66-62) xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB