“Məruzələr” jurnalının ilk sayı Mərkəzi Elmi Kitabxanaya təqdim edilib

“Məruzələr” jurnalının ilk sayı Mərkəzi Elmi Kitabxanaya təqdim edilib

AMEA-nın "Məruzələr" jurnalının 2016-cı il tarixli ilk sayı AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib.

Jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.

AMEA Mərkəzi Elmi Kitabxana Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, jurnalda AMEA-nın həqiqi üzvlərinin (akademik), müxbir və xarici üzvlərinin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri çap edilib. Həmin məqalələri yalnız ingilis dilində müvafiq ixtisaslar üzrə AMEA-nın həqiqi üzvləri təqdim edir və onların elmi məziyyətləri üçün cavabdehlik daşıyırlar. Jurnalın bu dəfəki sayına Fizika-riyaziyyat və texnika elmləri üzrə 5, Kimya elmləri üzrə 5, Yer elmləri üzrə 2, Biologiya və tibb elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə isə 3 elmi tədqiqat işi daxil edilib.

"Məruzələr"də yeni faktik məlumatlarla zəngin, konkret nəticəsi və təklif olunan üsulu prinsipial şəkildə yeni olan "Küyün diferensial normal paylanma funksiyasının hesablanmasının ədədi alqoritmləri" (fizika-riyaziyyat və texnika elmləri), "Müalicəvi Naftalan neftinin quruluş xüsusiyyətləri" (kimya), "Materiyanın azad halının səciyyələri haqqında" (yer elmləri), "Multikultralizm etikası – tərəqqi konsepsiyası" adlı məqalələr xüsusilə maraq doğurur.

Bütün xəbərlər Facebook səhifəmizdə