Ermənistanın "Jamanak" qəzeti siyasi dairələrdə narahatlıq doğuracaq bir xəbər yayıb. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, qəzet keçmiş nazirlər – Vardan Oskanyan və Seyran Ohanyanın keçmiş baş nazir Ovik Abramyanın istefa verməsindən bir az əvvəl xarici ölkələrin birində görüşüb Ermənistandakı siyası durumu müzakirə etmələrinə diqqəti çəkib.
Baş nazirin istefa verəcəyini və özünün müdafiə naziri postundan uzaqlaşdırılacağını, yeni hökumətdə isə portvelsiz qalacağını bilən Ohanyan keçmiş XİN başçısı, indiki "Birlik" Partiyasının sədri Vardan Oskanyanla ilə bir araya gələrək gələcək planları müzakirə ediblər.
Qəzet əlavə edir ki, məhz Ohanyanın təklifi ilə Viktor Dallakyan Ermənistan Prezident Aparatının rəhbərinin müavini postundan və "Respublika" partiyasından uzaqlaşıb. Məqsəd yeni yaradılacaq "Üçüncü Respublika" Partiyasını təsis etmək və indiki hakimiyyətə alternativ siyasi güc mərkəzi yaratmaqdır. Düzdür, Oskanyan bunu təkzib edir, amma qəzet siyasi dairələrdə gedən müzakirələri və hakimiyyətin narahatlığını əsas gətirərək yazır ki, yeni yaradılacaq partiya Sarkisyan üçün əsl başağrısına çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB