Magistral yollarda endirilən sürət həddi 10 km/saat qaldırılıb AÇIQLAMA

Magistral yollarda endirilən sürət həddi 10 km/saat qaldırılıb AÇIQLAMA

Dünən axşamdan müvafiq dövlət qurumları yollarda təmizlik işləri apardıqlarına görə, hazırda avtonəqliyyat vasitələri və sərnişin avtobuslarının hərəkətində hər hansı problem yoxdur. Bu haqda SİA-ya Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, dünən axşam saatlarında şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti - Hava Limanı və Zığ dairəsi - Hava Limanı istiqamətində) bütün zolaqlar üzrə nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib: "Hazırda isə paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə