"Mələklərlə yaşamaq" adlı kitabı ilə məşhurlaşan türkiyəli yazıçı Beki İkala Erikli Bəyoğluda çalışdığı ofisin qarşısında güllələnib. Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, yazıçı kimliyi məlum olmayan qadın tərəfindən öldürülüb. Üç güllə yarası alan Beki hadisə yerindəcə keçinib. İnsident yerinə polis əməkdaşları cəlb olunub. Cinayətin kim tərəfindən və nəyə görə törədildiyi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB