24 min ədəd pirotexniki məmulatlar aşkar edilib

24 min ədəd pirotexniki məmulatlar aşkar edilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərində 24 min ədəd pirotexniki məmulatlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə