Bakıda “Azeri Business Award” 2016 mükafatı təqdim edilib

Bakıda “Azeri Business Award” 2016 mükafatı təqdim edilib

Bakıda biznes sahəsində 2016-cı ilin yekunları üzrə "Azeri Business Award" Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

SİA-nın məlumatına görə, "Azeri Business Award" 2016 mükafatının təqdimat mərasimində 100 aparıcı şirkətin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqları və KİV nümayəndələri iştirak edib.

Mərasimdə, həmçinin "Azeri Business Award" mükafatına laureat olan şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi-təqdimat olub. Tədbir çərçivəsində gənc və istedadlı geyim dizayneri Oksana Barxatovanın moda nümayişi və dəbdəbəli idman avtomobili olan Audi RS7 təqdimatı da keçirilib.

Qeyd edək ki, "Azeri Business Award" 2016 mükafatı ticari-iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşezə, xaricdə Azərbaycan mədəniyyətinin və ənənələrinin təbliğinə verdiyi töhfəyə görə Nərgiz Məmmədovaya təqdim olunub. Mükafatın laureatları arasında digər sahədə fəaliyyəti ilə seçilən şəxslər də var.

"Azeri Business Award" mükafatının təsisçisi Azərbaycanda 8 ildir uğurla fəaliyyət göstərən "Business Time" aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir

Onu da qeyd edək ki, "SƏS" informasiya agentliyi tədbirə informasiya dəstəyi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə