BSU-nun əməkdaşlarına fəxri adlar verilib SƏRƏNCAM

BSU-nun əməkdaşlarına fəxri adlar verilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Slavyan Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Bakı Slavyan Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar elm xadimi"

Qocayev Məmməd Qoca oğlu

"Əməkdar müəllim"

Bəşirova Solmaz Qulamovna

Cəfərov Telman Həmzağa oğlu

Əliyeva İranə Məmməd qızı

Qafarova Sahibə Əli qızı

Quliyeva Rəhilə Hüseyn qızı

Məmmədli Aslan Məmmədəli oğlu

Məmmədov Nizami Tağı oğlu

Şipulina Qalina İvanovna

"Əməkdar jurnalist"

Həsənova Şəlalə Arif qızı

Naciyeva Flora Sultan qızı.

"Tərəqqi" medalı

Babayev İbrahimpaşa Ələkbər oğlu

Barxalov Qalib Nəcmi oğlu

İsazadə Validə Cavid qızı

Məmmədov Kərim Əli oğlu

Məmmədova Arifə Ələkbər qızı

Udalıx Qalina Dmitriyevna.

Bütün xəbərlər Facebook səhifəmizdə