MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı Bakı şəhərində "Azərbaycan Respublikasında seçkilər və referendumların keçirilməsinin inzibatçılığının təkmilləşdirilməsi ehtiyatları" adlı seminar keçirib. qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev, filialın əməkdaşları, müxtəlif təhsil ocaqlarının professor-müəllim heyəti, elm mərkəzlərinin mütəxəssisləri, bir sıra qeyri-hökumət (Təhsil, rifah və inkişaf İctimai Birliyi, Kreativ vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyi) və Gənclər təşkilatlarının rəhbərləri və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasında seçkilər və referendumların təşkili və keçirilməsi, eləcə də onun təkmilləşdirilməsinə dair çoxsaylı çıxışlar dinlənilib, MDB PAA DİMBİ Bakı filialının uyğun mövzuda hazırladığı slaydlar təqdim edilib. Seminarda həmçinin dinləyicilərə filialın apardığı eyniadlı elmi – araşdırma işinin yekunlarını əks etdirən hesabat və əyani vəsaitlər təqdim edilib.
Tədbir, iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB