Nazir: "Azərbaycan Tələbə Kartı” tələbələrimizə böyük dəstəkdir" AÇIQLAMA
"Azərbaycan Tələbə Kartı" layihəsi ikinci dəfədir həyata keçirilir. Layihənin birinci hissəsində dövlət hesabına hazırlanmış kartlar 195 min tələbəyə paylanılmışdı. Müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr bu kartın endirim sisteminə qoşulub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O, "Azərbaycan Tələbə Kartı"nın yeni versiyada hazırlandığını və daha da təkmilləşdirildiyini qeyd edib: "Yeni hazırlanmış kartların endirim sisteminə gənclərə daha yaxın olan müəssislələr də - internet klublar, kitabxanlar, kafelər də qoşulublar. "Azərbaycan Tələbə Kartı" tələbələrimizə böyük dəstəkdir. Müxtəlif müəssisələr bu kartın sahibi olan tələbələr üçün 5 faizdən 50 faizədək endirim edirlər. Müraciət edən bütün tələbələrimiz "Azərbaycan Tələbə Kartı"na sahib ola bilərlər. Tələbə kartı xarici ölkələrdə də keçərlidir. Avropada 7 milyondan çox tələbə bu kartdan istifadə edir. Tələbə kartı Avropada həm də şəxsiyyət vəsiqəsi kimi istifadə olunur. Onun üzərində tələbənin soyadı, adı, şəkli olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB