Nümayəndə heyətimiz Belarusa gedəcək

Nümayəndə heyətimiz Belarusa gedəcək

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarını təmsil edən şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti dekabrın 15-17-də Belarus Respublikasında səfərdə olacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək, biznes dairələrin iştirakı ilə işgüzar görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə