Müdafiə sənayesi işçiləri təltif edilib SƏRƏNCAM

Müdafiə sənayesi işçiləri təltif edilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərinin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycan Respublikası müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Mühəndis" fəxri adı verilsin:

Daşdiyev İmaməddin Əşrəf oğlu

İbadov Adəm Bəhlul oğlu

Kərimov Qəzənfər Nuruş oğlu

Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Tərəqqi" medalı ilə:

Abdullayev Ələsgər Xəlil oğlu

Babayev Əmrah Məcnun oğlu

Babayeva Zibar Axəd qızı

Əsədov Hüseynağa Əsədulla oğlu

Əsədov Xasməmməd Əli oğlu

İsmayılov Rafael İbad oğlu

Qasımov Məzahir Fərman oğlu

Qədirova Narıngül Məmmədağa qızı

Qəniyev Tapdıq Yaqub oğlu

Sadıqov Tofiq Asiman oğlu

Yusifov Şahin İsa oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:

Bağırov Eldar Həsən oğlu

Kərimli Şəfəq Xanlar qızı

Kərimov İsmayıl İbrahim oğlu

Qəniyev Elvin Qabil oğlu

Nərimanov Niyazi Nəriman oğlu

Şükürov Rəmzi Əbil oğlu

Tahirov Rasim Firudinoviç

Bütün xəbərlər Facebook səhifəmizdə