|
Dekabrın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın Xətai və Suraxanı rayonları üzrə səyyar qəbul keçiriləcək. BŞTİ-dən SİA-ya verilən məlumata görə, Bakıdakı 318 nömrəli tam orta məktəbdə (Ünvan: Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 18) təşkil olunan səyyar qəbul saat 10:00-da başlanacaq. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir. Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək. |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB