Sosioloq: “Əcnəbilərlə nigahın əsas motivləri dəqiqləşdirilməlidir" AÇIQLAMA

Sosioloq: “Əcnəbilərlə nigahın əsas motivləri dəqiqləşdirilməlidir" AÇIQLAMA

"Qlobollaşmanın belə sürətlə getdiyi vaxtda xarici vətəndaşlarla nigaha girənlərin sayının çox olması təbii haldır. Bu, eyni zamanda strateji məsələdir və dövlətin diqqət mərkəzindədir. Bu proses sivil yollarla tənzimlənir. Çünki xarici nigahların artması ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər". Bunu SİA-ya açıqlamasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu deyib.

O qeyd edib ki, xarici vətəndaşlarla nigaha girənlərin vətəndaşlıq hissləri yüksək olarsa, Azərbaycanla başqa ölkələrin arasında yaranan əlaqə ölkəmiz, dövlətimiz üçün faydalı olar: "Burada qırmızı xətt var. Onlar tariximizə, dövlətçiliyimizə, azərbayçancılıq, türkçülük məfkürəsinə lazımi ehtiram göstərməli, qorumalıdırlar. Əks təqdirdə xarici vətəndaşlarla çoxlu nigahlar etnik tərkibə təsir göstərdiyindən təhlükəli ola bilər. Son 4 ildə xarici vətəndaşlar və vətəndaşlığı olmayanlarla on minə yaxın nigah bağlanılıb. Təbii ki, 10-20 ilin statistikası daha böyük olacaq. Ona görə də indiki vaxtda əcnəbilərlə nigahın əsas motivləri dəqiqləşdirilməlidir. Buna uyğun elə humanitar siyasət aparılmalıdır ki, biz o qırmızı xəttə yaxınlaşmayaq".

Qeyd edək ki, Ədliyyə Nazirliyindən verilən məlumatya görə, 2016-cı il ərzində Azərbaycan Respublikasının rayon (şəhər) qeydiyyat şöbələri və nikah evlərində ölkə vətəndaşları ilə əcnəbilər arasında 2042 nikah qeydə alınıb.

Azərbaycanlı 1004 kişi əcnəbi qadınla nikaha girib. Eyni zamanda 1038 azərbaycanlı qadın əcnəbi kişi ilə nikah bağlayıb.

2015-ci ildə Azərbaycanda ölkə vətrəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2680, 2013-cü ildə 2780, 2014-cü ildə isə 1816 nikah bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə