Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onlardan 21-i "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Qeyd edək ki, Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB