Dekabrın 13-də Qərb Universitetində ABŞ-da nəşr olunan "Azerbaijan İnternational" jurnalının redaktoru, tədqiqatçı Betti Bleyer ilə görüş olub. SİA-ya verilən məlumata görə, görüşdə B.Bleyer rəhbərlik etdiyi jurnalın fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına dair apardığı tədqiqatın nəticələrini təqdim edib. Qonaq "Əli və Nino" əsəri ilə bağlı araşdırmalardan da danışıb.
Sonra B.Bleyer tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB