2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib

2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib

Balakən Gömrük İdarəsinin "Mazimçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə "Arçi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən aldığı məlumata görə, itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.

Daha bir oxşar hadisə nəticəsində Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Mazimçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn digər Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinin hər dörd qapısının içərisindəki boşluqlardan isə 2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə