"Strateji yol xəritələrinin hədəflərindən biri elm şəhərciyinin yaradılmasıdır" AÇIQLAMA

"Strateji yol xəritələrinin hədəflərindən biri elm şəhərciyinin yaradılmasıdır" AÇIQLAMA

"Prezident İlham Əliyev tərəfindən imzalanan "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman"ı da cəmiyyətin bütün sahələrini əhatə etdiyi kimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin bütün sahələrini əhatə edəcək". Bunu SİA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Azərbaycanda ölkə başçısının dəstəyi ilə elm sahəsində böyük islahatların aparıldığını deyən vitse-prezident qeyd edib ki, strateji yol xəritəsi AMEA-da alimlərin iştirakı ilə geniş şəkildə müzakirə olunub və akademiyanın fəaliyyətinə öz töhfəsini verib: "Yol xəritəsi Azərbaycanda elm sahəsində islahatların məqsədyönlü şəkildə inkişaf etdirilməsinə hesablanıb. Hesab edirəm ki, ölkəmizdə bundan sonrakı islahatların daha konkret hədəflərə doğru inkişaf etməsinə öz töhfəsini verəcək".

İ. Həbibbəyli qeyd edib ki, hazırda akademiyada gedən islahatların mərkəzində duran məsələ Azərbaycan elminin fundamental təbiətlərin elmlərin istehsalatla təsərrüfat yönlü sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsinə ciddi fikir verilir: "Bu cəhətdən AMEA-nın yüksək texnologiyalar parkının salınması və onun əsasında Azərbaycanda yeni elm şəhərciyinin yaradılması yol xəritəsinin hədəfləri içərisində xüsusi yer tutur. Artıq AMEA-da bu istiqamətdə işlərə başlanılıb. Bu təbii ki uzun müddətli prosesdir. Azərbaycanda elm və sahibkarlıq subyektləri yaradılır, akademiyada yüksək elmin vəhdətinə nail olan yeni tipli model formalaşdırılır. Artıq AMEA-da elm yönlü sahibkarlıq formalarının işə düşməsi üçün addımlar atılır. Təbii ki, bunu ən yaxın zamanda sərmayə kimi düşünmək olmaz. Amma yaxın gələcəkdə akademiya bir çox sahələrdə sərmayə qazana biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə