Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin, "SOCAR Petrolium SA" şirkətinin nümayəndələri, Qara Dəniz-Xəzər Dənizi Tərəfdaşlığı və Əməkdaşlığı üzrə Beynəlxalq Fondun əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə əklillər qoyulub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB