Gənc alimin nüfuzlu jurnalda məqaləsi dərc olunub

Gənc alimin nüfuzlu jurnalda məqaləsi dərc olunub

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun "Sorbsiya prosesləri" laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın "Glass Physics and Chemistry", (№5, 2016) adlı beynəlxalq jurnalda məqaləsi dərc edilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu jurnal Tomson reestr siyahısındadır. Jurnalın impakt faktoru=0,591-dır. Məqalə internet üzərindən 40 avroyla satışa cıxarılıb. Həmin nüfuzlu jurnalda müəlifin iki məqaləsi çap olunub.

Məqalədə yerli xammal – qalluazit, dolomit və vulkanik şüşə əsasında kalsiumtərkibliqmelinit seolitinin sintezindən bəhs olunur. Alınmış seolitin dehidratlaşma-rehidratlaşma, kationmübadilə xassələri tədqiq olunmuş və oksigen həcmi hesablanmışdır.

Seolitlərin praktiki əhəmiyyəti davamlı olaraq yüksəlir. Son 20 ildə aparılan çoxlu sayda tədqiqatlar, seolitlərin məlum olan tətbiq sahələrinə - karbohidrogenlərin çevrilmələri zamanı katalizator kimi, quruducu və yuyucu maddələrin komponentləri kimi, digər yeni istiqamətlər – üzvi və karbohidrogenlər əsasında sintez, bir-birinə yaxın temperaturda qaynayan maddələrin ayrılması, radionuklidlərin yığılması, mineral gübrələrin mikroflorasının yaxşılaşdırılması, sənaye və məişət sularından zərərli qarışıqların ayrılması və s. yeni əlavə olunacaq sahələri deməyə əsas verir.

Seolitlər insanlığın qarşısında duran üç vacib problemin həllində mühüm rol oynayır:

1. Effektiv enerjini qoruyan proseslərin inkişafı;

2. Kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması;

3. Sənaye və urbaniləşmənin inkişafı nəticəsində yaranan ekoloji problemlərin həlli.

Günel Məmmədova həm də Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-innovasiya mərkəzi tərəfindən elmi tədqiqatların inkişafında olan roluna görə Fəxri Fərmanla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə