"Azərbaycanda 6 yeni cəzaçəkmə müəssisəsi tikilir.. Lakin müəssisələrin nə zaman tam hazır olacağını dəqiq deyə bilmərəm.Bu, vəsaitlə bağlı məsələdir. " SİA-nın xəbərinə görə, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə açıqlamasında deyib.
Ölkəmizdə məhkumların Avropa standartların uyğun şəraitdə saxlanıldığını vurğulayan H. Əlixanov qeyd edib ki, məhbusların saxlanma şəraiti gündən-günə yaxşılaşdırılır: "Televizora baxmaq və telefonla danışmaq şəraiti yüksək səviyyədədir. Məhkumlar Avropa standartlarına uyğun şəraitdə saxlanılır".
Cəzaçəkmə müəssisələrində məhkumların işlə təminatına gəlincə, H.Vəlixanov qeyd edib ki, məhkumların 1/3 işlə təmin olunur: "Onlar faydalı işlə təmin olunurlar. 5000 qədər məhkum hazırda işləyir. Bunlar da əsasən əl işləri və mebel işləri ilə məşğul olurlar. Yeni rəhbərlik tərəfindən bu istiqamətdə ciddi işlər aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB