Ulu Öndərin həyat yolu

Azərbaycan ictimaiyyəti dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümündə Fəxri xiyabanı ziyarət edir. Gün ərzində ulu öndərin məzarını ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri və parlament nümayəndələri də ziyarət edəcəklər.

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

O, böyük siyasi və dövlət xadimi, xalqın şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

SİA Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoların bir qismini təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə