Nazir sakinlərlə görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun dekabrın 23-də Göygöl rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Göygöl, Goranboy, Yevlax, Samux, və Daşkəsən rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü dekabr ayının 16-na keçirilib. SİA-nın kənd təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinə (050-224-14-43; 055-224-14-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə