Yanlış seçilmiş filmlər uşaqlara mənfi təsir göstərir AÇIQLAMA

Yanlış seçilmiş filmlər uşaqlara mənfi təsir göstərir AÇIQLAMA

"Uşaqların baxması üçün film seçərkən onların yaşı və qavrama qabiliyyəti nəzərə alınmalıdır. Yanlış seçilmiş filmlər uşaqların psixologiyasına mənfi təsir göstərirlər". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

O qeyd edib ki, bəzən uşaqlar filmlərə baxarkən valideynlərin izahı da önəlidir: "Elə filmlər olur ki, uşaqlar baş verən hadisələri dərk etmirlər və yanlış istiqamətdə düşünürlər. Ona görə, bu zaman valideyinlər uşaqlarına filmi izah etməlidirlər. Uşağın böyüdüyü mühit, daim gördüyü davranış

mütləq şəkildə gələcək həyatına təsir edir. Valideynlərin uşaqlar üçün seçdikləri filmlər aqresiya, konflikt xarakterli olmamalıdır. Əksinə filmlər uşaqlarda sevgi və rahatlıq hissi yaratmalıdır. Bu, onların ətrafla münasibətinə, cəmiyyətdə özünü təsdiq etməsinə təsir edəcək".

Psixoloq bildirib ki, uşaqlara nəzarətsizlik pis vərdişlərə meyillilik və intihar hallarının artmasına təkan verir: "Baxdıqları filmin mahiyyəti, xronometrajı uşaqların yaşına uyğun olmayanda, onlarda lazımsız vədişlər yaranır. Bu da uşağın zövqünün səhv formalaşmasına, gələcəkdə yanlış seçimlərə yol açır".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə