Aktau şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb FOTO

Aktau şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb FOTO

Baş konsulluq tərəfindən Aktau şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

Aktau şəhərindəki Baş konsulluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"nın (ABİA) üzvlər, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

Tədbirlə bağlı otelin foyesində ulu öndərə həsr olunan foto və kitab sərgisi təşkil olunub.

Tədbirin açılışında Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qoyduğu və bu günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb.

Azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvlərindən professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov çıxışlarında, Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Çıxışlardan sonra Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən "Bazar günü" məktəbinin şagirdləri Ulu Öndərə həsr olunan şeirlər söyləyiblər.

Tədbirin sonunda Heydər Əilyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə