Qaradağda qadağan olunmuş dini ədəbiyyatlar müsadirə olunub

Qaradağda qadağan olunmuş dini ədəbiyyatlar müsadirə olunub
Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq razılığı olmayan, habelə dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatların mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.

SİA-nın məlumatına görə, baxış zamanı "Qobu yolu" adlanan ərazidə ferma köşkündən 40 adda dini təyinatlı ədəbiyyat, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com