Naxçıvanda 301 ailə ipoteka kreditlərindən yararlanaraq mənzil sahibi olub

Naxçıvanda 301 ailə ipoteka kreditlərindən yararlanaraq mənzil sahibi olub

Muxtar respublikada bu günədək 301 ailə ipoteka kreditlərindən istifadə edərək mənzil alıb. Bu ilin 9 ayında isə 22 ailə ipoteka kreditləri sayəsində mənzil sahibi olub. Ötən ay "Naxçıvan İpoteka Fondu" ASC-nin yaradılması hər bir gəncin və yaxud tələblərə cavab verən muxtar respublika sakininin ipoteka krediti almasına imkan verir.

Qeyd edək ki, gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hələ 2014-cü ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev prospektində beş mərtəbədən ibarət 3 yaşayış binası istifadəyə verilib. Həmin binalardakı 80 mənzil ipoteka yolu ilə satılıb. Sözügedən prospektdə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksi – "Gənclər şəhərciyi" tikilib ki, buradakı mənzillərin də çoxu artıq ipoteka yolu ilə satılıb.

"Naxçıvan İpoteka Fondu" ASC-nin yaradılması daşınmaz əmlak bazarında da canlanma yaradıb. Cəmiyyət həm təmirli, həm də təmirsiz evlər üçün ipoteka krediti nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə