Xaçmaz rayon İcra Hakimiyyəti ilə YAP Xaçmaz rayon təşkilatı ilə birgə Heydər Əliyev Mərkəzində "Ümumilli lider xalqımızın böyük oğlu", "həmişəyaşar lider" Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova açaraq Ulu öndərin Azərbaycan dövlətinə və xalqına olan böyük məhəbbətindən danışıb. Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri N.Ağayev YAP Xaçmaz rayon təşkilatının nəzdində fəaliyyət göstərən İdeoloji Mərkəzin rəhbəri Cavad Mehmanov və YAP Xaçmaz rayon təşkilatının Gənclər Birliyinin üzvü Elman Məmmədov çıxış edərək parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə Müstəqil Azərbaycan dövlətinin məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və dövlətin bütün atributlarını qurub yaradan Ümumilli lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətlərindən danışıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB