Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 3 Azərbaycan vətəndaşının özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət yükünə sərnişin keçid xəttində "Heimann X-Ray" rentgen yükyoxlama qurğusunda baxış keçirilib.
SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən aldığı məlumata görə, baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23 min 800 ədəd "Manchester" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB