Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXK) rəhbəri ilə görüşüb müzakirələr aparmışam. Onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqa zidd olduğunu bildiriblər". SİA-nın məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova jurnalistlərə deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar BQXK-dan Ombudsmanın müraciətlərinə yazılı cavab verilib və cavabda qeyd olunub ki, onlar məsələnin siyasi aspektlərinə qarışa bilməzlər: "Gərək iki dövlət arasında danışıqlar aparılsın ki, onların ailələrinə görüş üçün icazə verilsin. Biz bu məsələni daim qaldırırıq. Beynəlxalq Qırmızı Xaç Komitəsi onlarla görüşür, məktublarını ailələrinə çatdırır. Dövlət, elə biz də çalışırıq ki, bu məsələ özünün ədalətli həllini tapsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB