Dekabrın 9-da saat 01 radələrində Sabunçu qəsəbəsi ərazisində Sabirabad rayon sakini İsaq Ağazadə idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini İsmayıl Səmədovu vurub. Nəticədə İ.Səmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. SİA-nın məlumatına görə bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB