Astarada Ulu Öndərin anım günü qeyd edilib FOTOLAR

Astarada Ulu Öndərin anım günü qeyd edilib FOTOLAR

Astarada Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. SİA-nın məlumatına görə, İştirakçılar əvvəlcə Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, bu günlərdə xalqımız böyük azərbaycanlı, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirir, bu böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. On üç il əvvəl – 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi ihsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram", - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tədrəfindən uğurla davam etdirirlir. Bu gün Perezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir.

Tədbirdə Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən "Dahi şəxsiyyət - Heydər Əliyev" filmi nümayiş etdirilib.

YAP rayon təşkilatının sədri Firudin Əhmədov, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, təqaüddə olan dövlət qulluqçusu Kamil Kamilov, Astara Rayon Məhkəməsinin sədri Zamin İbrahimov, Astara Pedaqoji Kollecin direktoru Yusif Şahnamazov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə