3 rayonun qazı kəsiləcək

Dekabrın 9-da saat 9:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Sabirabad", "İmişli", "Axundov", "Saatlı", "Qaracalar", "Otuzikilər" və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə